icon picker
Sual-cavab

Ümumi proqramla bağlı suallar

🕵️‍♂️ Proqramın formatı necə olacaq?

Sillabus üzrə əvvəlcədən müəyyən edilmiş hədəflər (kitab, məqalə, tapşırıq, video dərslər) həftəlik olaraq tələbəyə təyin ediləcək, tələbə həftə ərzində müstəqil mütailə və araşdırma edəcək, həftəsonu mentorla görüşərək suallarına cavab tapacaq, öyrəndiklərini fərdi və ya qrup layihələrinə tətbiq edəcək. Daha ətraflı bu n məlumat əldə edə bilərsiniz.

🕵️‍♂️ Proqram neçə ay davam edəcək?

Proqram üç ay davam edəcək.

🕵️‍♂️ Proqram ödənişsizdir?

Bəli, proqram tamamilə ödənişsizdir.

🕵️‍♂️ Bu proqramın kursdan fərqi nədir?

İlk fərqi odur ki, ödənişsizdir. Lakin ən önəmli olan məsələ, bu proqramda heç kim sizin başınızın üstündə durub nəsə ÖYRƏTMƏYƏCƏK. Bütün materiallarla təmin olunacaqsınız, sizin kimi digər “öyrənməyə ac” canavarlarla bir mühitdə olacaqsınız, necə deyərlər hər şey əlinizin altında olacaq, bircə qalır sizin vəhşicəsinə araşdırıb öyrənməyiniz. :)

🕵️‍♂️ Proqrama qəbul şərtləri nələrdir?

İlk şərt odur ki, tələbə Python proqramlaşdırma dilini orta səviyyədə bilməlidir. Ümumi olaraq isə, seçim edərkən ancaq “gözlərində o qığılcımı” gördüyüm tələbələri seçəcəm.

🕵️‍♂️ Proqramı sona qədər bitirmək üçün şərtlər nələrdir?

Tələbə iki dəfədən çox verilən tapşırıqları etmədiyi təqdirdə, növbəti proqramlarda iştirak edə bilməyəcəyi şərti ilə proqramdan kənarlaşdırılacaq.

🕵️‍♂️ Proqramda hansı kanallar istifadə olunacaq?

Əlaqə üçün ümumi telegram qrupu, inkişafı izləmək üçün fərdi notion səhifəsi, portfolio üçün şəxsi github hesabı, mentorla görüş təyin etmək üçün calendly hesabı, məqalə yazmaq üçün medium hesabı, layihələr üçün dataset əldə etmək üçün kaggle hesabı.

🕵️‍♂️ Proqramda nələr öyrənəcəyik?

Proqramda Machine Learning üçün gərəkli önbiliklər - Linear Algebra, Statistics, Probability, pandas, numpy ardınca isə əsas Machine Learning mövzuları ilə bağlı biliklər əldə edəcəksiniz.

🕵️‍♂️ Proqramın başqa hansı üstünlükləri var?

Proqram boyunca fərdi olaraq təyin olunmuş mövzular üzrə məqalə yazacağınız üçün araşdırma bacarığınızı inkişaf etdirəcəksiniz, müxtəlif layihələr üzərində çalışaraq portfolionuzu genişləndirəcəksiniz, komanda ilə çalışma bacarığına yiyələnəcəksiniz və ən əsası [mən mesajlarınıza gec cavab yazacağım üçün] həyati önəm daşıyan bacarıq - problemi təkbaşına həlletmə üzrə master olacaqsınız :)

🕵️‍♂️ Mənim Pythonun “P”sından da xəbərim yoxdur, nəsə öyrənməyə də axotum yoxdur, dostum dedi ki, qoşul pulsuzdur. Qoşula bilərəm?

Yox, ancaq və ancaq Python bilib, Machine Learningə haradan və necə başlayacağını bilməyən, kurslara pul vermək istəməyən amma öyrənmək üçün dəridən qabıqdan çıxan şəxslər müraciət edə bilərlər. ML-ə başlayıb başlamayacağından əmin olmayan, gününün 4 saatını araşdırmağa və öyrənməyə yox instagramda keçirməyə üstünlük verənlərə qapılarım bağlıdır. 🙅‍♂️

🕵️‍♂️ Bu proqram niyə pulsuzdur ki? Sən Robin Hoodsan?

✅ Mən tələbə vaxtlarında (2018), Python öyrənməyə başlayarkən demək olar ki, mentorluq edəcək heç kimi tapa bilmirdim. İçimdə çox böyük öyrənmək istəyi, kurslar çox baha, yol göstərən kimsə yox, haradan başlayacağımı bilməmək... Mən bütün gün bu sahə üzrə təcrübəli şəxslərə yazırdım və çox azı mənə kömək edirdi, indiyə qədər heç bir kursa getməmişəm. Hərşeyi özüm araşdırıb öyrənmişəm və bu çox zaman alıb. Mən bilirəm ki, indi də mənim o zamanki vəziyyətimdə olan tələbələr çoxdur və bu proqram məhz onlar üçündür ki, daha qısa zamanda düzgün resurslarla uğur əldə etsinlər.

Resurslarla bağlı suallar

🕵️‍♂️ Niyə məhz bu resurslar seçilib?

✅ Bu resurslar mənim dərs keçdiyim tələbələrə də tövsiyə etdiyim və qlobal ML icması tərəfindən çox təqdir edilən Jason müəllimin kitabları və bir udemy kursudur. Düşünürəm ki, mövzular yeni başlayan üçün çox ideal şəkildə izah olunur.

🕵️‍♂️ Bu resurslar kifayət edəcək?

✅ Xeyr. Ümumiyyətlə, bu yardımçı proqramdır. Baza formalaşdırmaq və başlamaq üçün.

🕵️‍♂️ Sillabus nəyə əsasən hazırlanıb?

✅ Təcrübəmə :))))

🕵️‍♂️ Sillabusa əlavələr etmək mümkündür?

✅ Bəli, ola bilər ki bəzi mövzuları çıxaraq və ya əlavə edək.



Want to print your doc?
This is not the way.
Try clicking the ⋯ next to your doc name or using a keyboard shortcut (
CtrlP
) instead.