Öz-özünə öyrənmə prosesi təkcə Machine Learning üçün yox, IT ekosisteminin istənilən sahəsi üçün önəmlidir. Bu proqram elə tərtib edilmişdir ki, mentorun rəhbərliyi ilə təsdiqlənmiş sillabus və fərdi mentorluq sessiyaları vasitəsi ilə siz Machine Learning karyerasına başlaya bilərsiniz.
DAHA YAXŞI NƏTİCƏ ÜÇÜN: Resursları və layihələri 3 aya bitirməyi planlaşdırın, eyni zamanda bacardığınız qədər mentor sessiyalarında iştirak edin. Bu proqramı uğurla bitirən tələbə Machine Learningə çox yaxşı şəkildə giriş etmiş olacaq, sahədə ən önəmli bacarıqlardan olan araşdırma bacarığına yiyəlinəcək və əjdaha portfoliosu olacaq! Ən azından sizin mentorunuzun elə-belə
* Yaxşı Python biliyi olanlar - Həftədə 8-10 saat.
* Pythonu yeni öyrənənlər - Həftədə 15-17 saat.
Proqramın strukturu aşağıdakı kimidir:
Bu proqram sprintlərə bölünüb və hər bir sprint 7 gün davam edir və tələbə bütün oxu materiallarını, tapşırıqları və layihələri planlaşdırılan müddətdə bitirməlidir. Siz həmçinin müddət bitdikdən sonra bütün materiallara daxil ola bilərsiniz.
Hər bir sprintin sonunda (həftəsonu) mentorla yarım saatlıq görüş baş tutacaq, siz bu görüşdə həftə ərzində araşdırıb tapa bilmədiyiniz mövzuları mentordan soruşa bilərsiniz.
Səhv: X termini nədir?
Doğru: Mən X haqqında oxumuşam və burada Y-i başa düşə bilmirəm. Məni düzgün mənbəyə yönəldə və ya qısaca izah edə bilərsinizmi?
Bu sessiyalar sizə həftəlik inkişafınızı stabil saxlamaq, hədəflərinizi izləmək üçün və növbəti həftəni planlaşdırmağa kömək edəcək. Mentorluq sessiyasından optimal istifadə etmək üçün sessiyaya gəlməzdən əvvəl siz təyin edilmiş işləri görmüş və öyrənməyə vaxt sərf etmiş olmalısınız.
Bəzi sprintlərin sonunda fərdi və ya qrup (2-3 nəfərlik) mini-layihələr ola bilər. Bundan əlavə, proqram ərzində;
Həftəlik məqalələr
Mentee, üçüncü həftədən etibarən həftə ərzində əvvəlcədən müəyyən edilmiş mövzu üzrə medium hesabında məqalə yazmalıdır. Bu məqalələr peer-review prinsipi ilə digər menteelər tərəfindən yoxlanılacaq.
Texniki mövzuda məqalə yazmaq sizə mövzu ilə bağlı çox əjdaha araşdırma etməyinizə səbəb olacaq, sizin icmada tanınmağınıza kömək edəcək və ən əsası bloging qabiliyyətinizi inkişaf etdirəcək. Məqalə yazmaq niyə önəmlidir sualına bu
Menteelər həftə ərzində yazdığı kodları həftəsonu mentorla olan görüşdə müzakirə edə və geridönüş ala bilərlər. Bu görüşlərdə mentor sizə ən yaxşı kod təcrübələri bölüşəcək və sizin portfolionuza əlavə edəcəyiniz layihələri düzgün formata gətirməyinizə kömək edəcək.
geri qalmır! 😉 O sizə GitHub, Linkedin kimi platformalarda şəxsi brendinqizin yaradılmasında da kömək edəcək. Təkcə texniki bacarıqlar yox, soft bacarıqlar da kifayət qədər önəmlidir!
Resurslar ödənişsizdir!
Bu proqram ərzində sizin istifadə edəcəyiniz bütün resurslar ödənişsiz olaraq sizə veriləcək. Kitablar, online dərs, məqalələr - hərşey ən ideal və ciddi ardıcıllıqla hazırlanıb! Əmin olun ki, heç bir kurs bu resurslardan öyrətmir.
Resurslar və proqramın detallı sillabusu ilə tanış olmaq üçün bu
Mən sizin uğur qazanmağınıza kömək etmək üçün bütün dəstəyi, mühiti və icmanı - əlimdə olan bütün fürsətləri təmin etmək üçün buradayam və bu işi sevərək görürəm. Sizdən gözləntim isə zəhmətinizi, öyrənmə ehtirasınızı, sevginizi və səyinizi ən son damlasına qədər sərf etməyinizdir və bu, uğur üçün əlinizdə olan ən təsirli qüvvədir. Bunu etdiyiniz halda əmin olun ki, biz birlikdə uğur qazanacağıq.
Want to print your doc? This is not the way.
Try clicking the ⋯ next to your doc name or using a keyboard shortcut (